Bakı. Trend:
Hindistanın mərkəzi hissəsində yerləşən magistral yolda sərnişin avtobusnun qəza törətməsi nəticəsində 11 nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə Madxya-Pradeş ştatında baş verib.
Avtobusda 30 nəfər olub. Onlardan 8-i hadisə yerində ölüb, 3-ü isə xəstəxanada keçinib.
İlkin ehtimala görə, sürətlə gələn avtobus yük maşınına çırpılıb. 19 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.