...

Ağcabədidə mağazadan 13 mobil telefon oğurlayan şəxs tutuldu

Hadisə Materials 22 May 2018 15:04 (UTC +04:00)
DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Ağcabədidə mağazadan 13 mobil telefon oğurlayan şəxs tutuldu

Bakı. Trend:

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi ondan götürülüb.

Ağcabədi RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti