...

Bakıda piyadanı vurub hadisə yerindən yayınan “mopedçi” saxlanılıb

Hadisə Materials 29 May 2018 11:12 (UTC +04:00)
Bakıda piyadanı vurub hadisə yerindən yayınan “mopedçi” saxlanılıb
Bakıda piyadanı vurub hadisə yerindən yayınan “mopedçi” saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törətildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti