...

Babanın məhkum nəvəsinə mobil telefon vermək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 9 İyun 2018 12:20 (UTC +04:00)
2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Babanın məhkum nəvəsinə mobil telefon vermək cəhdi baş tutmadı (FOTO)

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sultanov Məcid Qasım oğluna babası Gəncə şəhər sakini Sultanov İdris Hüseyin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı formasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti