Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı V.Rzayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 17 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyunun 14-də davam etdiriləcək.
İttihama görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində, 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Ş.İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.