Bakı. Trend:
Hindistanda torpaq sürüşməsi baş verib. Trend-in məlumatına görə, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir.
Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.
Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir. İtkin düşmüş şəxslərin axtarışı aparılır.