Bakı. Trend:
Oğuzda 3,3 bal gücündə zəlzələ olub.
Trend-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 23:44-də Şəki-dən 14 km şərqdə Oğuz ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 6 km olub.