...

İranın böyük neft emalı zavodunda yanğın

Hadisə Materials 28 İyun 2018 03:48 (UTC +04:00)
İranın cənub-qərbindəki Abadan şəhərində yerləşən neft emalı zavodunda yanğın baş verib, altı nəfər yaralanıb.
İranın böyük neft emalı zavodunda yanğın

Bakı. Trend:

İranın cənub-qərbindəki Abadan şəhərində yerləşən neft emalı zavodunda yanğın baş verib, altı nəfər yaralanıb. Bu barədə Trend İranın "Tasnim" agentliyinə istinadən məlumat verir.

Agentliyin sözlərinə görə, alovun qarşısını almaq hələ ki mümkün olmayıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.

Xatırladaq ki, bu zavod dünyanın ən böyük neft emalı zavodlarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti