...

Mingəçevir su anbarında balıq tutan şəxs saxlanılıb

Hadisə Materials 9 İyul 2018 10:40 (UTC +04:00)
Mingəçevir su anbarında balıq tutan şəxs saxlanılıb.
Mingəçevir su anbarında balıq tutan şəxs saxlanılıb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Mingəçevir su anbarının Yevlax rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Yevlax rayon sakini Şəhriyar Hüseynovdan 13 ədəd sıf balığı, 1 ədəd sintetik saplı tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 429 manat məbləğində iddia qaldırılıb.

Faktla bağlı qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti