...

Bakıda yol qəzasında 1 ölü, 10 yaralı (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 12 İyul 2018 09:36 (UTC +04:00)
Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda yol qəzasında 1 ölü, 10 yaralı (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 09:10-da yayımlanıb

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Trend-ə daxil olan məlumata görə, "90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Dövlət Yol Polisinin əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edib, yolda nəqliyyatın hərəkətini tənzimləyiblər.

X X X

Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 19-cu kilometrliyində baş verib. "İsuzu" markalı yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus aşıb.

İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hazırda hadisə yerinə təcili-tibbi yardım briqadası və yol polisi cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti