...

Əmircanda yolu keçən piyadanı maşın vurub

Hadisə Materials 16 İyul 2018 15:57 (UTC +04:00)
Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Əmircanda yolu keçən piyadanı maşın vurub

Bakı. Trend:

Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində Bakı şəhər sakini Turan Məmmədova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti