...

Ağdam və Sabirabad sakinlərindən narkotik vasitələr götürülüb

Hadisə Materials 7 Avqust 2018 15:52 (UTC +04:00)
Ağdam və Sabirabad sakinlərindən narkotik vasitələr götürülüb
Ağdam və Sabirabad sakinlərindən narkotik vasitələr götürülüb

Bakı. Trend:

Sabirabad rayonunun Minbaşı kənd sakini Əbilzadə Əliyevdən narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Minbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Əbilzadə Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, 202,5 qram marixuana və 15 qram heroin aşkar edilərək götürülüb.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Quzanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Nadirova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 122 ədəd çətənə kolu götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti