...

Cəlilabadda evdə yanğın - bir nəfər xəsarət alıb

Hadisə Materials 17 Avqust 2018 11:24 (UTC +04:00)
Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.
Cəlilabadda evdə yanğın - bir nəfər xəsarət alıb

Bakı. Trend:

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində evin birinci mərtəbəsində aynabəndin tavanı və döşəməsi yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti