...

Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 25 Avqust 2018 18:47 (UTC +04:00)
Siyəzəndə yol qəzası baş verib
Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər var

Bakı. Trend:

Siyəzəndə yol qəzası baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Beşdam kəndində “VAZ” və “Daewoo” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti