Bakı. Trend:
Mingəçevir su anbarında batdığı ehtimal olunan 24 yaşlı Kamil Hüseynov və Kürdə batdığı ehtimal edilən 20 yaşlı Elxan Quliyevin axtarışları davam edir.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, avqustun 29-da Mingəçevir su anbarında (nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir.
K.Hüseynovun axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran və Muğan dalğıc-axtarış qrupları, E.Quliyevin axtarışlarına Aran dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.