...

10 gün əvvəl batan 24 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 7 Sentyabr 2018 18:12 (UTC +04:00)
Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb.
10 gün əvvəl batan 24 yaşlı gəncin meyiti tapılıb

Bakı. Trend:

Avqustun 29-da Mingəçevir su anbarında batan Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, 1994-cü il təvəllüdlü K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avqustun 29-da başlanan axtarışlara FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17-1V" helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunub.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti