...

Baş həkimin müavininin qızını aldadan falçıların məhkəməsi başladı

Hadisə Materials 19 Sentyabr 2018 11:41 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cavadova Venera Nailyevna və Könül Şahverdiyevanın işi üzrə məhkəmə prosesi keçirilib.
Baş həkimin müavininin qızını aldadan falçıların məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cavadova Venera Nailyevna və Könül Şahverdiyevanın işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs özünü ittihamlarda qismən təqsirli bilib.

İttihama görə, V.Cavadova zərərçəkmiş Aysel Bayramovanın evində uşağının dayəsi işləyib. Veneranın rəfiqəsi Könüllə başqa şəxslərə külli miqdarda borcları olub. V.Cavadova rəfiqəsi Könülün falçılıqla məşğul olduğunu deyərək, A.Bayramovanın uşağının problemini həll edəcəyini vəd edib. Buna görə ondan və digər şəxslərdən ayrı-ayrılıqda 60 min manatdan çox pul alıb.

Qeyd edək ki, zərərçəkmiş Aysel Bayramova 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkim müavini Adil Salahovun qızıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti