...

Komitə torpağın təyinatına zidd istifadə ilə bağlı 2 nəfəri cərimələyib

Hadisə Materials 19 Sentyabr 2018 14:31 (UTC +04:00)
Xaçmazda torpağın təyinatına zidd istifadə ilə bağlı 2 nəfər cərimələnib
Komitə torpağın təyinatına zidd istifadə ilə bağlı 2 nəfəri cərimələyib

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin təyinatı üzrə istifadəsi, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində 2 şəxs cərimələnib.

Komitədən Trend-ə verilən məlumata görə, Xaçmaz rayon sakini Tərxan Laçınov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən protokol yazılıb və 1.000 manat cərimə olunub.

Analoji hadisə Qusar rayonunda da aşkar edilib. Belə ki, rayonun Küzunqışlaq kənd sakini Qurban Ağabalayev kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1.000 manat cərimə edilib. Hər iki qanun pozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti