...

Bakı bulvarında kişi meyiti tapılıb

Hadisə Materials 23 Sentyabr 2018 10:41 (UTC +04:00)
Bakı bulvarında kişi meyiti tapılıb
Bakı bulvarında kişi meyiti tapılıb

Bakı. Tural Turan - Trend:

Bakı bulvarında kişi meyiti tapılıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dünən Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti