Bakı. Trend:
Bakıda lift zənciri oğurluğu üzə çıxıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki tikintisi başa çatmamış binaların birindən 2500 metr lift zəncirini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Məlumata görə, həmin şəxslər Masallı rayon sakinləri Bəhruz Cəfərov və Rövşən Dadaşovdur.