Bakı. Trend:
Hacıqabul rayonunda "Shacman" markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.