...

Bakıda torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub (FOTO)

Hadisə Materials 22 Oktyabr 2018 12:30
Daxili işlər orqanları tərəfindən narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Bakıda torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr F.Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib. Bundan sonra o, M.Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar.

Faktla bağlı 6-cı Polis Bölməsində toplanan material araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti