...

Bakıda 3 otaqlı ev yanıb

Hadisə Materials 23 Oktyabr 2018 08:16 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 92 m2 sahədə və evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti