...

Türkiyədə 29 oktyabra planlaşdırılmış terrorun qarşısı alınıb

Hadisə Materials 26 Oktyabr 2018 09:24 (UTC +04:00)
Türkiyənin Adana vilayətində terror aktının qarşısı alınıb.
Türkiyədə 29 oktyabra planlaşdırılmış terrorun qarşısı alınıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Adana vilayətində terror aktının qarşısı alınıb. Trend-in məlumatına görə, terror hadisəsinin İŞİD terror təşkilatı tərəfindən təşkil edildiyi və 29 oktyabr - Türkiyə Respublika Gününə reallaşdırılacağı deyilir.

Məlumata görə, terror əleyhinə keçirilən əməliyyat çərçivəsində İŞİD-in 6 üzvü saxlanılıb, saxlanılanlardan bir nəfərin qadın olduğu qeyd edilir.

Saxlanılanların kimliyi və vətəndaşlığı açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti