...

Bakıda evə oğurluğa girənlər ev sahibi və qonşulara xəsarət yetirdilər

Hadisə Materials 29 Oktyabr 2018 15:20 (UTC +04:00)
Bakıda mütəşəkkil dəstə evə basqın edib.
Bakıda evə oğurluğa girənlər ev sahibi və qonşulara xəsarət yetirdilər

Bakı. Samir Əli - Trend:

Bakıda mütəşəkkil dəstə evə basqın edib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Paytaxt sakinləri, Həsənov Məmməd Həmzə oğlu tanışı Əlizadə Vüsal Saleh oğlu ilə birlikdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 1a ünvanında Günay Bəşirovaya məxsus evə daxil olaraq oradan 2500 manatlıq qızıl-zinyət əşyaları götürüb hadisə yerindən qaçarkən ev sahibəsi ilə qarşılaşıb. G.Bəşirova oğrulara mane olmaq üçün qonşuları çağırsa da, oğruları yaxalamaq mümkün olmayıb.

Evi qarət edənlər G.Bəşirova və ona köməyə gələn bir neçə nəfərə xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti