...

Dəmir yolundan oğurluğa cəhd edən şəxslər saxlanılıblar

Hadisə Materials 30 Oktyabr 2018 14:35 (UTC +04:00)
Polis əməkdaşlarının çevikliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
Dəmir yolundan oğurluğa cəhd edən şəxslər saxlanılıblar

Bakı. Trend:

Polis əməkdaşlarının çevikliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da saat 16 radələrində Salyan dəmir yolu stansiyası ərazisindən 20 ədəd rels altlığını oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Salyan rayon sakini Rövşən Rzayev və Neftçala rayon sakini Mirzə İbrahimov olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti