...

Gürcüstandan Azərbaycana qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 30 Oktyabr 2018 12:25 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar Şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Wolksvagen Vento" markalı avtomobil saxlanılıb.
Gürcüstandan Azərbaycana qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar Şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Wolksvagen Vento" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin benzin çəninin içərisində 1370 ədəd, üzərində "Enigma EK3" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti