...

Bakıda 6 saylı avtobus barədə yayılan videoya RƏSMİ CAVAB

Hadisə Materials 31 Oktyabr 2018 11:34 (UTC +04:00)
6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair sosial şəbəkələrdə və KİV-də yayımlanan məlumat və videogörüntü Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırılıb.
Bakıda 6 saylı avtobus barədə yayılan videoya RƏSMİ CAVAB

Bakı. Samir Əli - Trend:

6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair sosial şəbəkələrdə və KİV-də yayımlanan məlumat və videogörüntü Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Agentlikdən Trend-ə verilən məlumatda deyilir ki, araşdırmaılar zamanı müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub. Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.

Agentlik bildirir ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün “BakuBus” MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, “BakuBus” MMC-yə gəlməkdən imtina edib.

Bakı Nəqliyyat Agentliyi sosial şəbəkə istifadəçilərindən və KİV nümayəndələrindən real vəziyyəti əks etdirməyən, birtərəfli məlumat və görüntülər yaymamaqlarını xahiş edir: "Qarşılaşdığınız bu və ya digər hallarla bağlı ilk olaraq Bakı Nəqliyyat Agentliyinə müraciət etməyinizi tövsiyə edir və nəqliyyatdakı mövcud çatışmazlıqları aradan qaldırmaqda hər birinizi birgə əməkdaşlığa dəvət edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti