...

Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandı

Hadisə Materials 15 Noyabr 2018 10:03 (UTC +04:00)
Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb
Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandı

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşa məxsus torbadakı ərzaq və qab-qacağın arasından 1 ədəd üzərində "S9", 2 ədəd "S9+" yazısı olan mobil telefonlar və onlara aid aksessuarlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti