...

Sumqayıtda yolu keçən naməlum piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 28 Noyabr 2018 18:25 (UTC +04:00)
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda yolu keçən naməlum piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 27-də saat 21 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində şəhər sakini Vidadi Quliyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti