Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası dekabrın 4-nə təyin edilib.
İttihama görə, ötən ilin dekabr ayında E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.
Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.