...

Göygöldə 22 yaşlı oğlanı bıçaqlayan şəxs tutuldu

Hadisə Materials 10 Dekabr 2018 11:08 (UTC +04:00)
Göygöl rayonunda 22 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.
Göygöldə 22 yaşlı oğlanı bıçaqlayan şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Göygöl rayonunda 22 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Göygöl sakini 1996-cı il təvəllüdlü Ruslan Adil oğlu Məmmədovun bıçaqlanması barədə polisə məlumat daxil olub.

Dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R. Məmmədovun şəxsi münaqişə zəminində rayonun Üçtəpə kənd sakini 1993-cü il təvəllüdlü Verdiyev Elvin Qəşəm oğlu tərəfindən bıçaqlandığı müəyyən edilib və E.Verdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti