...

Masallıda saxta "yüzlük"lə benzin doldurmaq istəyən şəxs tutulub

Hadisə Materials 17 Dekabr 2018 14:20 (UTC +04:00)

Bakı. Trend:

Masallı Rayon Polis Şöbəsinə rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əsginas təqdim etməsi, sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti