Bakı. Trend:
Rusiyanın Voronej vilayətində baş vermiş avtomobil qəzası nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub.
Trend-in məlumatına görə, vilayətin Boquçarovsk rayonu ərazisində mikroavtobusla yük maşını toqquşub.
Qəza nəticəsində daha 3 azərbaycanlının xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, mikroavtobusda 9 nəfər olub.