...

Azərbaycanda qanunsuz ova görə 20 əcnəbi saxlanılıb

Hadisə Materials 27 Dekabr 2018 16:27 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

Bu il Azərbaycanda 200-dən çox yerli, 20 xarici vətəndaş qanunsuz ov etdiyinə görə saxlanılıb.

Trend-in məlumatına görə, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

Departament direktorunun sözlərinə görə, ov qaydalarına riayət etməyən xarici vətəndaşlar yüksək məbləğdə cərimələnib, bəziləri isə ölkədən deportasiya edilib: "Bu il insanların ən çox qanunsuz ov başında tutulduğu il olub. Lakin bu, bu il daha çox pozuntunun olması demək deyil. Sadəcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları öz işlərinə daha məsuliyyətlə yanaşıblar".

H.Əlizadə qeyd edib ki, nazirlik tərəfindən mətbuatda restoranlardan birində oxlu kirpinin ətindən istifadə edilməsi barədə yazılan məlumat da araşdırılıb: "Məsələ araşdırılaraq bu əməli törədən şəxslər müəyyən edilib. Onlara qarşı cəza tətbiq olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti