Bakı. Tural Turan - Trend:
Saatlı rayonunda anbar yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 40 m² olan mağazanın anbarının lambirdən ibarət tavanı 10 m² sahədə və içərisində olan 15 ədəd stul yanıb. Anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.