...

Kürdəxanıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 14 Yanvar 2019 16:17 (UTC +04:00)
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəxanıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti