...

Sabunçuda dörd otaqlı ev yanıb

Hadisə Materials 21 Yanvar 2019 00:38 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda dörd otaqlı ev yanıb.
Sabunçuda dörd otaqlı ev yanıb

Bakı. Tural Turan - Trend:

Bakı şəhərinin Sabunçu rayonunda dörd otaqlı ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 35 m² sahədə və içərisindəki ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti