Qadının çantasından 1800 manat oğurlayan şəxs tutulub

Hadisə Xəbər 25 Yanvar 2019 16:50 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 24-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.İsayeva bir gün əvvəl çantasından 1800 manat pulunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti