...

Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Hadisə Materials 6 Fevral 2019 12:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasına qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasına qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Komitədən Trend-ə verilən məlumata görə, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5000 ədəd "Marlboro Gold", 2200 ədəd "Marlboro Flavor Code", 9600 ədəd "Kent İnfina", 7800 ədəd "Kent White", 19 200 ədəd "Kent Silver", 6000 ədəd "Cavallo", 1600 ədəd "Senator" markalı, ümumilikdə 51 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti