...

Lənkəranda iki evdən 16 min manata yaxın pul oğurlanıb

Hadisə Materials 19 Fevral 2019 02:14 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Lənkəran şəhər sakinləri E.Ağacanzadə və S.Quliyev saxlanılıblar
Lənkəranda iki evdən 16 min manata yaxın pul oğurlanıb

Bakı. Trend:

Lənkəranda iki evdən 16 min manata yaxın pul oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 3300 manat dəyərində qızıl-zinət əşyaları və 125.000 rubl (4300 manat) oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Ağacanzadə və S.Quliyev saxlanılıblar.

E.Ağacanzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 4-də daha bir evdən də 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti