...

Bakıda 55 yaşlı piyada vuruldu

Hadisə Materials 18 Fevral 2019 18:39 (UTC +04:00)
Bakıda avtomobil yaşlı kişini vurub.
Bakıda 55 yaşlı piyada vuruldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda avtomobil yaşlı kişini vurub.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. 1964-cü il təvəllüdlü Canıyev Elşən Züfüqar oğlu "Hyundai" markalı avtomobil tərəfindən vurulub.

Ətrafdakı şəxslərin və yol polisi əməkdaşlarının köməyi ilə hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Müxtəlif xəsarətlər alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E.Canıyev saat 16:00 radələrində xəstəxanaya gətirilib. Onun sağ diz qapağı sındığından dərhal ayağı gipsə qoyulub. Vəziyyəti yaxşılaşan şəxs evdə müalicə almaq istədiyindən ambulator yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti