...

Bakı sakininin evindən 2 kq-a yaxın heroin tapılıb

Hadisə Materials 19 Fevral 2019 12:14 (UTC +04:00)
Bakı sakininin evindən 2 kq-a yaxın heroin tapılıb.
Bakı sakininin evindən 2 kq-a yaxın heroin tapılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Fevralın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Salyan rayon sakini E.Soltanovun Yeni Günəşli qəsəbəsi ərazisidə kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 408 qrama yaxın marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Yasamal rayonu Polis İdarəsi 27-ci Polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Hacıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1,8 kiloqrama yaxın heroin götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti