...

Xaçmazda beşmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 5 Mart 2019 14:26 (UTC +04:00)
Xaçmazda beşmərtəbəli yaşayış binasında yanğın olub
Xaçmazda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Xaçmazda beşmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 m² sahədə mebel yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti