...

Lənkəranda keçmiş məhkum 5 kq-a yaxın tiryəklə tutuldu

Hadisə Materials 6 Mart 2019 13:53 (UTC +04:00)
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb.
Lənkəranda keçmiş məhkum 5 kq-a yaxın tiryəklə tutuldu

Bakı. Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti