Bakı. Samir Əli - Trend:
Goranboy rayonunun Borsunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, martın 6-da saat 9 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub və hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volvo” markalı avtomobilin sürücüsü M.Qradjov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı 50-55 arası, boyu 160-170 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi şabalıdıdır. Əynində qara gödəkcə, tünd boz köynək və qara şalvar olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə və (022) 245-30-72, (055) 535-30-72 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.