...

Bakıda mağazada yeniyetmələrə siqaret satan şəxs cərimələnib

Hadisə Materials 14 Mart 2019 16:07 (UTC +04:00)
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib
Bakıda mağazada yeniyetmələrə siqaret satan şəxs cərimələnib

Bakı. Trend:

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, martın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti