...

Xızıda qida üçün yararlılığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Hadisə Materials 20 Mart 2019 13:49 (UTC +04:00)
Xızıda qida üçün yararlılığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib.
Xızıda qida üçün yararlılığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Bakı. Trend:

Xızıda qida üçün yararlılığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir martın 18-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində keçirilib.

Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlılığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti