lk xəbər saat 12:52-də yayılıb
Bakı. Trend:
Zaqatala stansiyasından 43 km cənubda, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla 12:27-də qeydə alınmış zəlzələnin gücü 4,5 bal olub. Yeraltı təkanların ocağı 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Azərbaycan ərazisinin episentrə yaxın rayonlarında 3 bala qədər hiss olunub.