Bakı. Trend:
Sabunçuda 4 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.